Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Prokuror Eldar Mahmudovun əmisi oğluna cəza istəyib

Baxılıb: 559     Tarix: 28-11-2019 13:52   

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
“Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Dövlət Təhülkəsizliyi Xidmətnin (DTX) təqsirləndirilən şəxsə qaldırmış mülki iddianı geri çəkdiyi və hər hansı tələbinin olmadığı elan edilib.
Prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış edib.
Prokuror Vüqar Mahmudovun 4 il azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili çıxışında müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Vüqar Mahmudov son söz deməkdən imtina edib.
Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə çıxıb. Hökm saat 16:00-da elan ediləcək.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovdur. Digər zərərçəkmişlər isə general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir.шаблоны для dle 11.2