Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Buzovnada qəza törədib hadisə yerindən qaçan sürücü tutuldu

Baxılıb: 538     Tarix: 29-11-2019 14:50   

Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Qanunvehedef.az-a daxil olan birgə məlumatda deyilir ki, noyabrın 26-da Buzovna qəsəbəsi ərazisində Maştağa-Buzovna şosesində paytaxt sakini 1991-ci il təvəllüdlü Məmmədov Malik Yaqub oğlunun idarə etdiyi "Opel" markalı, 99-UT-412 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada 1973-cü il təvəllüdlü Məmmədov Fazil Nəriman oğlunu vurması nəticəsində aldığı xəsarətlərdən sonuncunun vəfat etməsi, Malik Məmmədovun isə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin M.Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər