Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Axund oğlunun sərxoş şəkildə maşın sürməyindən DANIŞDI: "Namaz qılan olub"

Baxılıb: 722     Tarix: 02-12-2019 14:09   
Mətbuatda Zərdab rayon Cümə məscidinin axundunun oğlu içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılmışdı.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən axund Feyzulla Tağıyev oğlunun maşınının saxlanmasının təfərrüatlarını danışıb:
"Yol polisinin saxladığı avtomobil həqiqətən də mənim oğlum Məzahir Tağıyevindir. O, işi ilə bağlı içmir. Oğlumun dostları bir günlük evə gəldiyi üçün ona deyiblər ki, gedək yeyib-içək. Hadisə də həmin məclisdən çıxanda baş verib. Oğlum maşını sərxoş vəziyyətdə sürməyib. Oğlumun yanındakı dostları sərxoş olub. Onlar maşından düşüb, səs-küy yaratdığına görə, oğlumunun adını aktlaşdırıblar. Oğlum indi işinə görə namaz zad qılmır. Amma işə düzələnə qədər namaz qılıb".
Qeyd edək ki, ötən gün Zədab rayonunun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi "10 LF 572" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlamalar zamanı məlum olub ki, M. Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar