Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Londondan İslamabada uçan təyyarə Bakıya enməli olub

Baxılıb: 725     Tarix: 27-12-2019 10:36   

Bu gün “British Airways” aviaşirkətinin Böyük Britaniyanın paytaxtı Londondamn Pakistanın paytaxtı İslamabada uçan “Boeing B787-8 Dreamliner” markalı sərnişin təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeropotuna enməli olub.
“Report” bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata görə, buna səbəb İslamabadda güclü duman olub. Odur ki, təyyarənin kapitanı Bakıya eniş etməyə qərar verib. Yerli vaxtla saat 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş edib.
Uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir. Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdirilib. Təyyarə yola düşənə qədər reysin sərnişinləri viza ala, hava limanının otelində istirahət etmək və yaxud şəhəri gəzmək üçün aeroportun ərazisini tərk edə bilərlər.шаблоны для dle 11.2