Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda kirayədə qalan gənc öldürüldü - Cinayət işi

Baxılıb: 775     Tarix: 27-12-2019 14:03   

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Cavid Həmidlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təyin olunub.
İttihama görə, Binəqədi rayonu Binəqədi qəsəbəsi Xırdalan şossesində yerləşən fərdi evdə Cavid Həmidli evin həyətindəki digər mənzildə kirayədə yaşayan 1994-cü il təvəllüdlü Şəhriyar Allahverdiyev döş qəfəsindən bıçaqlayaraq qətlə yetirib.
Məlumat əsasında polis və prokurorluq əməkdaşlarının, eləcə də kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Hadisəni törədən Cavid Həmidli saxlanılıb.
İstintaq orqanı tərəfindən Cavid Həmidlinin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

шаблоны для dle 11.2