Xəbər lenti
19/11/2026 [13:35]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda ev alqı-satqısı ofisinə basqın oldu

Baxılıb: 679     Tarix: 08-01-2020 10:17   

Bakıda ev alqı-satqısı ofisində quldurluq edilib.
Qanunvehedef.az report-a istinadən xəbər verir ki, hadisə yanvarın 7-də saat 18 radələrində, paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 1968-ci il təvəllüdlü V.Nəbiyev ev alqı-satqısı ofisində olan zaman 1954-cü il təvəllüdlü Ə.Məmmədov tərəfindən bıçaqla hədələnərək 500 manat pulu və mobil telefonu quldurluq yolu ilə ələ keçirilib.
Daha sonra V.Nəbiyev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar