Xəbər lenti
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

"Bandotdel" Bakıda əməliyyat keçirdi – Silahlı şəxslər tutuldu

Baxılıb: 679     Tarix: 21-01-2020 13:56   

Bakıda daha 2 nəfərdən odlu silah götürülüb.
Publika.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini N.Nəsirovun idarə etdiyi "Daewoo" markalı avtomobildən "Steçkin" markalı avtomat-tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa idarəyə daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mayılovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırma aparılır.



{sape_links}{sape_article}