Xəbər lenti
19/11/2026 [13:35]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Bazarstore”un avtomobili piyadanı vuraraq öldürüb

Baxılıb: 852     Tarix: 22-01-2020 08:49   

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un xəbərinə görə, hadisə yanvarın 21-də saat 19 radələrində, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü, Xırdalan şəhər sakini Nicat Abbasov “Bazarstore” MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi “Hyundai H 100” markalı avtomobillə hərəkətdə olan zaman yaşlı naməlum kişini vurub. Nəticədə kişi hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar