Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda 16 il həbs yaşamış Barbos tutuldu

Baxılıb: 755     Tarix: 22-01-2020 11:09   

Daxili işlər orqanları tərəfindən silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini, əvvəllər 16 il həbs həyatı yaşamış “Barbos” ləqəbli Mahir Kərimov saxlanılıb.
Polis əməkdaşları tərəfindən ona məxsus qəsəbə ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı oradan bir ədəd “Revolver” tipli kustar üsulla hazırlanmış tapança, 4 ədəd patron və bir ədəd kabura aşkar edilərək götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.шаблоны для dle 11.2