Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəzərdə balıqçı gəmisi batıb

Baxılıb: 864     Tarix: 28-01-2020 15:09   

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi davam etdirilir.
DSX-dan verilən məlumata görə, 25 yanvar tarixində saat 21:00 radələrində Xəzər dənizinin cənub istiqa­mətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edil­məsinə ehtiyacın olması ilə bağlı DSX Sahil Mühafizəsinin yaxın­lıqdakı sahil nəzarəti bölməsinə məlumat daxil olmuşdur.
Sahil nəzarəti bölməsi tərəfindən dərhal operativ tədbirlər həyata ke­çirilərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərilmişdir. Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan su­yun qarşısını almaq mümkün olmamış və 4 balıqçı 22:15 radələrində xi­las edilmişdir. Saat 23:00 radələrində gəminin batması müşahidə olun­muşdur.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilmiş şəxslərin Neftçala rayon sakinləri gəmi kapitanı 1958-ci il təvəllüdlü Talıbov Ələsgər Məmmədəli oğlu, mexanik 1963-cü il təvəllüdlü Mikayılov Əlimədət Ağasadiq oğlu, matros 1962-ci il təvəllüdlü Əhmədov Ələddin Tapdıq oğlu, matros 1982-ci il təvəllüdlü Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyən edilmişdir.шаблоны для dle 11.2