Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda 6 aylıq körpə ölüb

Baxılıb: 802     Tarix: 31-01-2020 10:12   

Azərbaycanda 6 aylıq körpə ölüb.
APA-nın əldə etdiyi məlumata görə, ötən ilin iyul ayında anadan olan Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış "qəbzlik" və "qusma" şikayətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edib. Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
Yanvarın 29-da uşaq həmin şikayətlərlə yenidən xəstəxanaya aparılıb. İlkin müayinələr zamanı S. Cavadova “bağırsaq keçməziliyi” diaqnozu qoyulub və onun təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.
6 aylıq körpə Bakıya aparılarkən yolda ölüb.
Uşağın atası Niyaməddin Cavadov övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma başlanıb.шаблоны для dle 11.2