Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakıda "Topaz" kuponu əvəzinə narkotik satıldı - Saxlanılanlar var

Baxılıb: 794     Tarix: 31-01-2020 10:23   

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Qanunvehedef.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə məhkum olmuş, 1979-cu il təvəllüdlü Amin Çərkəzov və 1992-ci il təvəllüdlü Kamran Bağırov saxlanılıb.
Onların üzərində aparılan axtarış zamanı A.Çərkəzovdan 0,303 qram, K. Bağırovdan isə 0,272 qram heroin aşkar edilib.
Polis saxlanılan şəxslərin yeni əməllərini də ifşa edib. Belə ki, şübhəli şəxslər barəsində davam edən əməliyyat-istintaq tədbirləri nəticəsində B. Bağırov A. Çərkəzovun sifarişi ilə qazancdan əldə etdiyi pulu mərc oyunlarına qoyaraq qəbz verib.
Qeyd olunub ki, narkotik vasitələrin əldə olunmasında ödəniləcək pullar başqa vasitələrlə satıcıya ötürülüb.



{sape_links}{sape_article}