Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

DİN-dən Şəmkirdəki qətllə bağlı - Açıqlama

Baxılıb: 926     Tarix: 04-05-2020 11:47   

Daxili İşlər Nazilriyi Şəmkir rayonunda baş verən qətllə bağlı məlumat yayıb.
Qanunvehedef.az xəbər verir ki, mayın 1-də saat 17 radələrində Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində kənd sakini Etibar Süleymanovun münaqişə zəminində kustar üsulla hazırlanmış tapançadan açdığı atəşlə Yuxarı Seyfəli kənd sakini Elnur Hümbətovu qətlə yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Etibar Süleymanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə ailədaxili mübahisə səbəbində baş verib.
Belə ki, Elnur Hümbətovun həyat yoldaşı bir necə dəfə Yeni Həyat kəndində olan ata evinə gedib.
Daha sonra qohumların və tanışların iştirakı ilə barışdırılıblar.
İllərdir davam edən mübahisənin səbəbkarı olaraq isə tərəflər hər zaman bir-birlərini günahlandırıblar. Məişət probleminə çevrilən məsələ ailənin övlad sahibi olması ilə sakitləşsə də son bir neçə ayda yenidən gündəmə gəlib.
Mübahisəyə onun bacanağı Etibar Süleymanov da qoşulub.
Bu zaman Yeni Həyat kəndindən Yuxarı Seyfəli kəndinə gedən yolda Etibar Süleymanov üzərində olan, kustar üsulla düzəldilmiş silahdan istifadə edərək Elnur Hümbətovun başının arxa hissəsindən bir güllə vuraraq onu qətlə yetirib.
Əvvəllər tərəflər arasında pula görə də mübahisə düşüb.
Hadisə yaşayış evindən kənarda olub. Güllə səsi eşidən sakinlər əraziyə gəlib və məsələ ilə bağlı hər ikisinin yaxınlarına və aidiyyatı qurumlara məlumat veriblər.
Qətlə yetirilən Elnur Hümbətov kənd və rayon ərazisində fəhləliklə məşğul olub. Hadisəni törədən şəxsin isə öncələr məhkumluq həyatı yaşadığı, kənddə təsərrüfatla məşğul olduğu bildirilir.
Elnur Hümbətov ilə həyat yoldaşının nikahından dünyaya gələn qız uşağının 2 yaşı var.
Hazırda Şəmkir rayon Prokurorluğunda istintaq aparılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar