Bakıda yeniyetməni döyüb videoya çəkən qızlar tutuldu
Baxılıb: 690 Tarix: 16-05-2020 11:14
Sosial şəbəkələrdə yeniyetməyə qarşı xuliqanlıq hərəkətləri ilə müşayət olunan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb.
Bu barədə Qanunvehedef.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində 16 yaşlı Z.Musayevanı naməlum şəxslər xuliqanlıq zəminində döyüblər. Həmin görüntülər onlara məxsus İnstaqram hesablarında onlayn formada yayımlanıb.
BŞBPİ və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə yeniyetməyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinənlər – İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakinləri, 2001-ci il təvəllüdlü Günel Qədirli, 2002-ci təvəllüdlülər – Lalə Məmmədova, Astara rayon sakini Safiya Quliyeva müəyyən olunub.
Onlar ilkin ifadələrində törətdikləri əməli etiraf edərək peşman olduqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi açılıb. Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.
Ən çox oxunanlar
Son xəbərlər