Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bakının üç rayonunda əməliyyat: 6 nəfər həbs edildi

Baxılıb: 1 137     Tarix: 17-06-2020 13:34   

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Qanunvehedef.az Teleqraf.com-a istinadən xəbər verir ki, iyunun 15-də Bakı şəhər sakini E.Təhməzovun "VAZ-2106" markalı avtomobilinin qaçırılması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - Balaxanı qəsəbə sakinləri M.Qasımov və əvvəllər məhkum olunmuş E.Heydərov müəyyən edilərək saxlanılıblar.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-na keçən gecə Xocəsən qəsəbəsindəki mağazaların birindən 504 manat dəyərində mobil telefon və 285 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev tutulub.
Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 mənzildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Həsənov və əvvəllər məhkum olunmuş P.Mustafayev saxlanılıblar.



{sape_links}{sape_article}