Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Keçən həftə Yasamalda qətl törədənlər saxlanıldı

Baxılıb: 1 536     Tarix: 24-06-2020 16:03   

İyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.
"Qafqazinfo" xəbər verir ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı cinayət işi başlanılıb.Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Hənifəyev və Abşeron rayon sakini R.İsrafilov saxlanılıblar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar