Azərbaycanda əməliyyat: Həbs olunanlar var
Baxılıb: 674 Tarix: 28-07-2020 13:23
Goranboy rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com-un xəbərinə görə, rayon sakini Qabil Abbasov polis şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus avtomobil ehtiyat hissələri satılan mağazaya iyulun 24-dən 25-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 6000 manat pulu oğurlayıblar.
Goranboy rayon polis şöbəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı rayon sakini Amil Qiyaslı, 21 yaşlı Gəncə şəhər sakini Telman İbrahimov və 22 yaşlı Göygöl rayon sakini Boran Məmmədov şübhəli qismində saxlanılıblar.
İlkin dindirmə zamanı onlar törətdikləri hadisəni etiraf edib və əldə olunan pulun bir qismini xərclədiklərini bildiriblər. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.
Bundan başqa, Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2000 manat və oradakı seyfdən 4000 manat oğurlamaqda şübhəli bilinən Sarovlu kənd sakini A.Qiyaslı və Göygöl rayon sakini B.Məmmədov saxlanılıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər