Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıda qətl törədən şəxs saxlanıldı

Baxılıb: 1 042     Tarix: 04-08-2020 09:39   

Avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
İstintaqla hadisənin zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü İmaməli Xıdırov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar