Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Neftçalada çətənə yetişdirən daha bir şəxs saxlanıldı

Baxılıb: 883     Tarix: 17-08-2020 12:01   

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Xıllı qəsəbə sakini Elmir Həmzəyev saxlanılıb.
E.Həmzəyevin qəsəbə ərazisindəki evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 57 kiloqrama yaxın olan 40 ədəd çətənə kolu, eləcə də 1 kiloqram 800 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar