Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb - FOTO

Baxılıb: 890     Tarix: 25-08-2020 10:12   

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-Xaş 2020" kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Şərəfxanlı kənd sakini Elmin Mirzai saxlanılıb.
E.Mirzainin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 16 kiloqramdan artıq 14 ədəd çətənə kolu müəyyən olunaraq götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking