Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Kürdəmirdə evlərdən oğurluq edənlər tutuldu

Baxılıb: 1 060     Tarix: 28-08-2020 13:14   

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avqust ayında rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Ramil Məmmədov və Raqif Məmmədov saxlanılıb.Araşdırmalarla onların 1 ədəd televizor, spirtli içkilər və müxtəlif bijuteriya əşyaları oğurlamaqla şikayətçiyə 1500 manat məbləğində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Buy yes2win pbn google seo ranking
Redaktor seçimi
Çox oxunanlar