Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Narkotikə görə saxlanıldı, başqa cinayəti də üzə çıxdı

Baxılıb: 546     Tarix: 10-02-2021 11:19   

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini Zaur Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar olunub. Ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun digər cinayət əməli də üzə çıxıb.
Belə ki, Z.Hüseynovun şəhər ərazisində vətəndaşa məxsus qarajdan 4 ədəd velosipedi oğurlayaraq satdığı müəyyən edilib. Satdığı velosipedlər həmin şəxslərdən götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, şübhəli şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar