Qayınata 4 uşaq anası gəlinini balta ilə qətlə yetirib – Qətlin təfərrüatı
Baxılıb: 617 Tarix: 18-06-2021 14:39
Bakıda gəlinini balta ilə vuraraq qətlə yetirməkdə təqsirli bilinən Firdovsi Məhərrəmova hökm oxunub.
Qanunvehedef.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.
Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov 4 azyaşlı uşaq anası olan gəlini, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanın baş nayihəsinə balta ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib.
Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Firdovsi Məhərrəmov saxlanılıb.
Təqsirləndirilən şəxs qismində dindirilən Firdovsi Məhərrəmov təxminən 13 il əvvəl o cəzaçəkmə müəssəsində olanda oğlu Elməddin Cəmilə Məhərrəmova ilə ailə həyatı qurub: "Mən həbsxanada olanda gəlinin yoldaşım Gülbənizlə mübahisə etdiyini, ona evdə yaşamağa imkan vermədiyini eşitdim".
Həbsxanadan çıxıb evə qayıdandan sonra 2016-cı ildə Cəmilə Məhərrəmova onun barəsində polisə şikayət edərək güya onu döydüyünü bildirib. Sonra gəlin ərizəsini geri götürdüyü üçün araşdırma dayandırılıb.
Bir ildən sonra gəlin güya qayınanasının külqabı ilə başına xəsarət yetirməsi ilə bağlı polisə növbəti ərizə verib. Xəzər rayon məhkəməsi arvadına 300 manat məbləğində cərimə cəzası təyin edib.
Firdovsi Məhərrəmov daha sonra ifadəsində bildirib ki, gəlini ilə eyni evdə yaşamağın mümkün olmadığını başa düşüb arvadı ilə Şüvəlan qəsəbəsində kirayə evdə qalıblar: "2019-ci ilin iyun ayına qədər orda yaşadıq sonra kirayə pulunu verə bilmədim qayıtdıq öz evimizə. Hadisə baş verən günü qudamı həyətdə gördüm dedim ona ki, səni bu həyətdə görməyim. Mənə dedi ki, qızımın evinə gəlmişəm".
Az sonra Cəmilə otağa girib qəzəblə onun atası ilə nə işi olduğunu bildirib və ona şillə vurub.
Firdovsi əsəbləşib çölə çıxıb və baltanı götürüb evə qayıdıb: " Evə qayıdanda gördüm qapı bağlıdı, gəlinə dedim aç qapını. Gördüm qapını açmır pəncərəni yumruqla vurub sındırdım. Cəmilə gördü pencərəni sındırdım qapını açıb darvazaya tərəf qaçdı".
Frdovsi həyətin ortasında ona çataraq çiynindən tutub və əlindəki balta ilə zərbələr vurmağa başlayıb. Cəmilə qan içində yerə yıxılıb.
Sonra taksi ilə kürəkəninin evinə gedərək ona və qızına Cəmiləni öldürdüyünü deyib.
Daha sonra polisə gələrək təslim olub.
Məhkəmə iclasında Firdovsi Məhərrəmov ittiham üzrə özünü qısmən təqsirli bilib.
Məhkəmə hesab edib ki, Məhərrəmovun əməli CM-nin 120.2.4(xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməli və o, həmin maddəs ilə təqsirli bilinib cəzalandırılmalıdı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firdovsi Məhərrəmov cəzasını xüsusi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Ən çox oxunanlar
Son xəbərlər