Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bakıda yol vermədiyi üçün sürücünü döyərək öldürən şəxsin FOTOSU

Baxılıb: 676     Tarix: 25-06-2021 10:18   

Bakının Nərimanov rayonunda yol vermədiyi üçün sürücünü döyən şəxsin fotosu yayılıb.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.
45 yaşlı Məmmədov Səxavət Səfər oğlu "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib.
"Chevrolet"in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar. Polisin keçirdiyi əməliyyat zamanı Nahid Cəbiyev qətldə şübhəli bilinərək saxlanılıb.
Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qətlə səbəb sürücülərdən birinin digərinə yol verməməsi olub.
Nəticədə sürücülər arasında əlbəyaxa dava yaranıb.








Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar