Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

DSX əməliyyat keçirib: 21 kiloqram narkotik dövriyyədən çıxarılıb - FOTO

Baxılıb: 294     Tarix: 10-08-2021 10:18   

Avqustun 4-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilmış bir ədəd şübhəli bağlama aşkarlanıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verililib.
Bağlamaya keçirilən baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqam 255 qram “tiryək”ə bənzər narkotik vasitə aşkar olunaraq götürülüb, fakt üzrə əməliyyat-istintaq tədbirlərinə başlanılıb.
Ayın 7-də saat 23:00-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində dənizdə rezin qayıqda batma təhlükəsi ilə üzləşən 1 nəfər şəxsin köməklik göstərilməsi üçün müra­ciət etməsi barədə məlumat daxil olmuşdur. Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə­sində üzmə vasitəsinin “Ələt” sahil nəzarəti bölməsi istiqamətində sahildən təx­minən 1 km məsafədə yerləşməsi müəyyən edilən, 2 nəfərdən ibarət heyətlə əraziyə göndərilmiş itisürətli kater tərəfindən Qaradağ rayonu Ələt qəsəbəsi sakini 1964-cü il təvəllüdlü Əsgərov Dünyamalı Əsgər oğlu xilas edilib.
Növbəti gün saat 13:50 radələrində Xəzər dənizinin mərkəzi istiqamətində “Amburan” reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən sahildən təxminən 740 metr məsafədə 1 nəfər şəxsin batma təhlükəsi ilə üzləşməsi müşahidə edilib. Qeyd olunan istiqamətə dərhal gəminin itisürətli kateri göndərilərək Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Həşimov Vüqar Ədalət oğlu xilas edilmiş və onun sahilə təxliyəsi təmin olunub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar