Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İş yoldaşını bıçaqlayıb öldürdü

Baxılıb: 255     Tarix: 18-10-2021 10:47   
Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb.
Füzuli Rayon Prokurorluğundan Qanunvehedef.az-a verilən məlumata görə, oktyabrın 16-sı rayon ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar