Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda qadın professor dələduzluğa görə həbs edildi - EKSKLÜZİV

Baxılıb: 222     Tarix: 20-10-2021 12:21   
 
Azərbaycanda qadın professor dələduzluq etməkdə ittiham olunaraq həbs edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının professoru İzzət Şamxalova bir neçə nəfərə qarşı dələduzluq etməkdə günahlandırılıb.
İstintaq sənədlərinə əsasən, qadın qulluq mövqeyindən istifadə edib. Belə ki, ona kömək üçün müraciət edən şəxsə elmi dərəcə almasına köməklik göstərəcəyinə dair yalan vəd verib.
Bu məqsədlə həmin insanı aldadıb, ümumilikdə 16 843 manatlıq dələduzluq edib.
Professor 2014-cü ildən nazirlikdə işləməyə başlayarkən də təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədlərini həyata keçirib.
İstintaq müəyyən edib ki, ona müraciət etmiş tanışını hospitallardan birində şöbə rəisi vəzifəsinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib.
Bu məqsədlə də həmin insana qarşı 15 000 manat dələduzluq edib. Beləcə o, daha bir neçə nəfəri də aldadıb.
Sonradan onun aldatdığı şəxslər polisə şikayət ediblər və cinayət işi açılıb.
Professor Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, iki il müddətinə azadlıqdan məhrum edilib. Qadın məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, professor 2014-cü ildən 2020-ci ildə isə nazirliklərin birində çalışıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar