Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bələdiyyə sədrinin müavini 30 min mənimsəyib

Baxılıb: 238     Tarix: 22-11-2021 16:05   

Quba rayonu, Timiryazev bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Prokurorluqdan Qanunvehedef.az verilən məlumata görə, Mahir Bayramov işlədiyi dövrdə ayrı-ayrı şəxslərə Timiryazev qəsəbəsi ərazisində olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahələrini onların xüsusi mülkiyyətinə və icarəsinə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib.
Bu yolla, ümumilikdə, 30 min 500 manat məbləğində pul vəsaitini ələ keçirərək vəzifəli şəxslərə vermək adı ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə, həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz tikinti işləri aparmasına əsaslı şübhələr müəyyən edilib.
Mahir Bayramov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 ( xeyli miqdarda dələduzluq) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilib.
İstintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qismən ödənilməsi təmin edilib. Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar