Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

85 yaşlı kişini vurub qaçan şəxs tutuldu

Baxılıb: 522     Tarix: 23-12-2022 10:19   

Dekabrın 13-də Bakıda küçədə yaralı halda tapılan şəxs xəstəxanada ölüb. Hadisə Binəqədi rayonunda, Süleyman Sani Axundov küçəsində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1937-ci il təvəllüdlü Bakı sakini Cəbrayıl Qarayevin yıxılaraq kəllə beyin travması alması və dekabrın 19-da xəstəxanada ölməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat daxil olub. İdarə əməkdaşları tərəfindən keçirilən araşdırma zamanı məlum olub ki, C.Qarayev dekabrın 13-də qeyd edilən küçədə Ələddin Bağırovun idarə etdiyi JAC markalı avtomobillə vurulub.
Polis əməkdaşları tərəfindən Ə.Bağırovun yeri müəyyən edilərək saxlanılıb. Sonuncu istintaqa təhvil verilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar