Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

5 qadını fahişəliyə cəlb edən şəxs həbs edildi

Baxılıb: 649     Tarix: 23-01-2023 15:43   

Nərimanov Rayon Məhkəməsində həmcinslərini fahişəliyə cəlb edən Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü T.Əliyevanın məhkəməsi keçirilib.
Qanunvehedef.az xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
İstintaq dövründə barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmiş T.Əliyeva məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.
Araşdırmalar zamanı məlum olub ki, T. Əliyeva Sumqayıtda və paytaxt ərazisində tanış olduğu 5 qadını fahişəliyə cəlb edib və onların müxtəlif ünvanlarda kişilərlə görüşünü təşkil edərək maddi qazanc götürüb. Bir çox hallarda T.Əliyeva həmin qadınları öz avtomobili ilə hotellərə və digər ünvanlara aparıb.
Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində tanınan 5 qadın ondan şikayətçi olmadıqlarını bildiriblər.
Qeyd edək ki, həbs edilən qadın daha əvvəl də bu əməllərə görə məhkəmə tərəfindən cəzalandırılıb və həmin vaxt 480 saat ictimai işlər cəzası alıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar