Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Zaqatalada vəzifəli şəxsə cinayət işi açıldı

Baxılıb: 608     Tarix: 02-03-2023 14:04   

Zaqatala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.
Bu barədə Zaqatala rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri  barədə rayon prokurorluğunda araşdırma aparılıb.
Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə  cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.

Qanunvehedef.az



{sape_links}{sape_article}