Xəbər lenti
19/11/2026 [13:35]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıdakı qəzada ölənlərdən biri sabiq rəis müavini imiş

Baxılıb: 681     Tarix: 16-10-2023 12:51   

Oktyabrın 14-də saat 20:30 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş vermiş ağır qəzada vəfat edənlərdən biri yüksək vəzifədə çalışıbmış.
Qanunvehedef.az xəbər verir ki, zəncirvari qəzada iştirak edən “Toyota Prius”dakı sərnişin 1971-ci il təvəllüdlü Cavanşir Muxamed oğlu Saidov Dövlət Vergi Xidmətinin Sosial Sığorta işləri üzrə rəis müavini vəzifəsində işləyib. O, bir müddət əvvəl vəzifədən azad edilib.
Qeyd edək ki, hadisə zamanı “Mercedes C-240”, “Lada Priora”, “Vaz 2114” və “Toyota Prius” toqquşub. Nəticədə “Prius”da sərnişin olan C.Sadiovla yanaşı, sürücü Arzu Nəqiyev, eləcə də “Mercedes”i idarə edən Teymur Məmmədtağıyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
“Toyota Prius”da olan digər sərnişin Könül Muradova isə kəllə-beyin silkələnməsi xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar