Sumqayıt şəhərində Silahlı hücumda yaralananların vəziyyəti açıqlandı
Baxılıb: 650 Tarix: 30-10-2023 10:18
Oktyabrın 28-də Sumqayıt şəhəri 16-cı mikrorayonda baş verən silahlı hücumda yaralananların vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, qurumun Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb. Vəziyyəti stabildir.
1960-cı il təvəllüdlü Tərlan Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir.
1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Corat bağları yaşayış massivində qeydə alınıb. Silahlı hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş güllə yaralarından vəfat edib. Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb.
Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da xəsarət alıb.
Qətlə yetirilən Suzananın həyat yoldaşı Serkan Karakaş hazırda Bakıda özəl xəstəxanalardan birində müalicəsini davam etdirir.
Cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər