Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Keçmiş əri tərəfindən 14 dəfə bıçaq vurularaq öldürülən Raminənin ACI HƏYATI - VİDEO

Baxılıb: 641     Tarix: 13-11-2023 13:25   

Bakının Xətai rayonundakı binalardan biri qarşısında qətl hadisəsi törədilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə aparıcı Ceyhun Həmidovun yutub kanalında bildirilib.
Qeyd edilib ki, 2022-ci il dekabrın 7-də Xətai Rayonunun Məhəmməd Hadi küçəsində 73 nömrəli binanın qarşısında Naxçıvan şəhər sakini, 46 yaşlı İlqar Qəribov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Raminə Qəribovaya bıçaqla 14 dəfə zərbə endirərək onu öldürüb. 1983-cü il təvəllüdlü Raminənin qətl edildiyi yerdə xeyli qan izləri aşkarlanıb. Xətai rayon prokurorluğunda İlqar Qəribov barəsində cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi açılıb.
Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Raminənin ölümünə səbəb onun ürək və ağciyərinin zədələnməsi nəticəsində kəskin qan itirməsi olub. Hadisə günü saat 19:00 radələrində İlqar Qəribov Raminəni Həzi Aslanov metrosu yaxınlığında işlədiyi gözəllik salonundan çıxarkən izləyib və onun hara getdiyini öyrənmək istəyib. Qadın rəfiqəsi Samirə Məmmədovanın yaşadığı mənzilə qalxıb. Ondan götürdüyü paltarları qaytarıb. Avtobus dayanacağına gedərkən İlqar Qəribov onun qolundan tutub saxlayıb və haradan gəldiyini soruşub. Raminə ona dərzidən gəldiyini deyib. Lakin İlqar buna inanmyıb və onun başqa şəxslə görüşməsindən şübhələnib. O qısqanclıq zəminində cib bıçağını çıxararaq onu bıçaqlayıb.
İlqar 2022-ci ilin fevralın 23-də məhkəmə yolu ilə arvadı Raminədən boşanıb. İki uşağa görə 350 AZN alimentin ondan tutularaq Raminəyə ödənilməsi haqqında qərar qəbul edilib.
İlqar hadisəni törətdiyi gün Raminə ilə barışmaq üçün onun iş yerinə getdiyini deyib. Lakin o iş yoldaşları ilə birlikdə çıxdığından ona yaxınlaşa bilməyib.
İlqar Raminənin bibisioğlu olub. Raminə 15 yaşı olanda İlqara ərə verilib. Toydan əvvəl aralarında problem yaranıb. Raminə nişanı qaytarsa da, İlqar təkidlə onunla evlənmək istədyini deyib.
Ətraflı videoda:



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar