Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gürcüstanda soydaşlarımızın yaşadığı kənddə dəhşət: Ər keçmiş arvadını ailəsi ilə birlikdə atəşə tutub - VİDEO

Baxılıb: 558     Tarix: 30-11-2023 10:09   

Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə dəhşətli qətl hadisəsi baş verib.
Belə ki, silahlı şəxs Cəfərovlar ailəsinə gələrək evdə olan sakinləri atəşə tutub.
Hadisəni törədən Yaqub Xeyirxəbərov Saqareco rayonunun Tüllər kənd sakinidir.
O, altı ay əvvəl boşandığı arvadının yeni ailə həyatı qurduğu Yaşar Cəfərovun evinə gələrək atəş açıb.
Bu zaman Y.Cəfərov aldığı çoxsaylı güllə yaralarından hadisə yerində dünyasını dəyişib.
Onun həyat yoldaşı isə yaralanıb.
Ölən şəxsin ailə üzvləri bildiriblər ki, Y.Cəfərov 10-dan çox güllə yarası alıb.
Şübhəli şəxsin axtarışları Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:


BAKU.WS

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking