Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xətai Rayon Polis İdarəsi narkotik satanları saxlanıldılar - Aralarında 22 yaşlı qız da var + VİDEO

Baxılıb: 715     Tarix: 25-12-2023 12:45   

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qanunvehedef.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt sakinləri 1990-cı il təvəllüdlü Afiq Quliyev, 2001-təvəllüdlü Ramilə Qurbanova və 1987-ci il təvəllüdlü Nicat Əliyev saxlanılıblar. Bu şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana, psixotrop tərkibli metadon həbləri və metanfetamin aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Həmçinin idarə əməkdaşlarının noyabr-dekabr aylarında həyata keçirdikləri silsilə əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə "tiryəkxana" təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 43 nəfər saxlanılıb.
Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.



Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking