Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Zaqatalada kişi arvadını qayınatasının hədiyyə etdiyi silahla öldürüb

Baxılıb: 284     Tarix: 03-01-2024 16:21   
 
Ötən ilin martında Zaqatalada arvadı Firəngiz Yusifovanı tüfənglə açdığı atəş nəticəsində qətlə yetirən Məhəmməd Didiyevin məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü M.Didiyev 17 il azadlıqdan məhrum edilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs arvadı ilə boşanmaq istəməməsinə görə cinayət əməlini törətdiyini bildirib. Tərəflərin münasibətinin bu səviyyəyə gəlməsinə isə M.Didiyevin başqa qadınla münasibətinin olması göstərilib.
Qeyd edək ki, F.Yusifovanın qətlində istifadə edilən tüfəng 7-8 il əvvəl onun atası tərəfindən Məhəmmədə hədiyyə verilibmiş.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar