Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Qaradağda qadın öldürüldü - Əri saxlanıldı

Baxılıb: 666     Tarix: 12-01-2024 11:47   

Yanvarın 11-i saat 20 radələrində 1974-cü il təvəllüdlü Pərvanə Zeynalovanın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən evində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qanunvehedef.az xəbər verir ki, aparılan araşdırma zamanı 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zaman Zeynalov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar