Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bir neçə gün öncə saxlanılan Habil Vəliyev həm də seçki məntəqəsinin sədri imiş

Baxılıb: 581     Tarix: 15-01-2024 10:36   

Xəbər verdiyimiz kimi, "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev bir neçə vətəndaşdan daxil olan müraciətlər əsasında polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Pravda.az-ın xəbərinə görə, H.Vəliyev həm də 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının 5 saylı seçki məntəqəsinin sədridir. Həmin məntəqənin tərkibinə 2 katib və 3 üzv daxildir. Onunla bağlı həbs qərarı çıxarılarsa, məntəqə sədrliyindən uzaqlaşdırıla bilər. Qərarı Mərkəzi Seçki Komissiyası verəcək.
Qeyd: H.Vəliyev 2016-cı ilin dekabrında da həbs edilib. Həbsə qədər 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının 6 saylı seçki məntəqəsinin sədri olub. Həbslə bağlı məhkəmə qərarından sonra sədr vəzifəsindən uzaqlaşdırılıb. O, 2020-ci ildə azadlığa buraxılıb

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar