Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Namiq Zeynalovun övladlarının şikayəti ilə bağlı qərar verildi

Baxılıb: 635     Tarix: 16-01-2024 10:56   

Ali Məhkəmədə Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun övladları atalarının barəsindəki hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Namiq Zeynalovun oğlanları - Rəsul və Fərid Zeynalovlar atalarının cinayət işi üzrə müsadirə edilmiş əmlakları geri istəyirlər.
Qeyd: Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Zeynalov 12 il həbs cəzası verilib. Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, "Lexus" markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Namiq Zeynalovun cəzası 12 ildən 11 il 9 aya endirilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking