Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycanın “İnterpol”la axtardığı şəxslər Türkiyədə saxlanılıb

Baxılıb: 674     Tarix: 19-01-2024 13:57   

Türkiyənin 13 vilayətində 12 ölkə tərəfindən İnterpolun “qırmızı bülleten”i ilə axtarışda olan 42 şübhəli şəxs saxlanılıb. 
Qanunvehedef.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Sözügedən şəxslər “Kafes-31” əməliyyatı çərçivəsində saxlanılıb və Azərbaycan, Almaniya, Bosniya və Hersoqovina, İran, İsveç, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Misir, Rusiya, Türkmənistan və Özbəkistan tərəfindən İnterpolun “qırmızı bülleten”i ilə axtarışda olublar. Onlar mütəşəkkil cinayətkarlıqla məşğul olan təşkilata üzv olmaq, qanunsuz silah ticarəti, narkotik maddə ticarəti, qəsdən adam öldürmə, miqrant qaçaqmalçılığı, oğurluq və s. cinayətlərdə şübhəli bilinirlər.
Əməliyyatın davam etdiyi bildirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar