Xəbər lenti
29/12/2025 [13:30]
Sabah hava necə olacaq?
Arxiv
«    Январь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Polis məişət zorakılığına qarşı ƏMƏLİYYAT KEÇİRDİ: Nazir SAXLANILDI - FOTO

Baxılıb: 519     Tarix: 08-07-2024 11:48   

Avstraliyada məişət zorakılığı ilə əlaqədar polis qrupları verilən ünvana basqın ediblər.
Qanunvehedef.az xəbər verir ki, polislər zorakılıq nəticəsində üzündə yaralar əmələ gələn qadın ilə yanaşı, Papua Yeni Qvineyanın energetika naziri Cimmi Maladina ilə qarşılaşıb.
Zorakılığa məruz qalan qadın ifadə verdikdən sonra, məsələ ilə əlaqədar energetika naziri polis əməkdaşları tərəfindən saxlanılıb. Maladina yazılı açıqlamasında "vəziyyətin ciddiliyini bildiyini və hakim dairələr ilə əlaqədə olduğunu" qeyd edib.
Nazir bəyanatında "kişi yaxud qadın tərəfindən törədilən zorakılığa dözmək olmaz" kimi ifadələrə yer verib. Papua Yeni Qvineyanın baş naziri Ceyms Marapeni isə onun tutduğu vəzifədən istefa verəcəyini vurğulayıb. Şərti azadlığa buraxılan Maladinanın məhkəməsi isə iyulun 9-da keçiriləcək.



Qanunvehedef.az



{sape_links}{sape_article}