Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanın eks icra başçısı görün nədən dünyasını dəyişdi

Baxılıb: 726     Tarix: 23-04-2018 17:40   
 Azərbaycan daha bir ziyalısını itirdi. Vətəni canı qədər sevən gözəl ziyalı, Əbülfəz Elçibəy hakimiyyəti dövründə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı işləmiş Nizami Səfər oğlu Hüseynov vəfat edib.
Hüseynov Nizami Səfər oğlu 1952-ci ildə iyul ayının 22-də Lerik rayonunun Züvüç kəndində anadan olub. O,1958-ci ildə Züvüç kənd səkkizillik natamam orta məktəbinin 1-ci sinfinə daxil olub, 1966-cı ildə həmin məktəbi bitirib. 1966-1968-ci illərdə Yardımlı qəsəbəsində olan M.F.Axundov adına orta məktəbdə təhsilini başa vurub. Orta məktəb illərində bütün fənlərə eyni həvəslə yanaşsa da, riyaziyyata xüsusi həvəs göstərmiş, bu elmin incəliklərini həvəslə əxz etmişdi. Sinif yoldaşı Nabatalı Qulamoğlu deyir ki, Nizami Hüseynov bütün fənlərə maraq göstərirmiş: "Amma riyaziyyatı bütün yoldaşlarımızdan daha gözəl, daha yüksək səviyyədə bilirdi".
qanunvehedef.az sonxeber.az saytına istinadən xəbər verir ki, Nizami Hüseynov 1972-ci ildə Neft-Kimya İnstitutunun Energetika fakültəsinin axşam şöbəsinə daxil olur. 1973-1975-ci illərdə hərbi xidmət keçir, 1981-ci ildə ali təhsilini tamamlayır. Axşam şöbəsində oxuduğu üçün həm də işləmək imkanı var idi. O,1976-1992-ci illərdə Sumqayıt şəhər 49 saylı orta –ixtisas məktəbində müəllim və direktor işləyib.
1992-1993-cü illər arasında Yardımlı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 1997-2005-ci illər arasında Sumqayıt Şəhər Elektrik Şəbəkəsi İdarəsində aparıcı mühəndis və satış rəisi işləyib. 2008-2010-cu illər arasında Cəlilabad rayonunun Elektrik Şəbəkəsi İdarəsində satış üzrə aparıcı mühəndis vəzifəsində çalışıb.
2013-cü ildən isə Biləsuvar rayonundakı Su Sistemlər İdarəsində mühəndis işləyirdi. Qəlbi doğma Vətən sevgisiylə dolu olan bu insan uzun müddət ağır xəstəliklə mübarizə apardı. Nizami müəllim uzun sürən xəstəlikdən sonra 2018-ci il aprel ayının 19-da haqq dünyasına qovuşdu.
Mərhumun bütün doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma isə böyük Allahdan rəhmət diləyirik!шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər