Xəbər lenti
19/11/2026 [13:35]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tiktoker Melisa hava limanında saxlanıldı

Baxılıb: 7322     Tarix: 07-08-2026 16:00   

Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir tiktoker saxlanılıb.

Qanunvehedef.az lent.az-a istinadla xəbər verir ki, 25 yaşlı Melisa Əhmədova (şərti adla) Tiktok sosial şəbəkəsində özünə məxsus “melisa_591” hesabında canlı yayım açaraq, əxlaqsız ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.

O, polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə o, 600 manat məbləğində inzibati qaydada cərimələnib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar