Azərbaycanda ər arvadını bıçaqladı
Baxılıb: 936 Tarix: 24-09-2026 15:34

Ağcabədi rayonunda kişi həyat yoldaşını bıçaqlayıb.
Qanunvehedef.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradolaq kəndində baş verib.
Kənd sakini Məhəmmədəli Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Səbinə Cəfərovanı bıçaqlayıb.
O, Ağcəbədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Ağcəbədi rayon Polis Şöbəsində araşdırma aparılır.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər



















