Xəbər lenti
29/09/2026 [13:25]
Sabah da yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakıya gələn sərnişindən 4 milyonluq brilyant tapıldı - Foto

Baxılıb: 1016     Tarix: 29-09-2026 11:33   

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Qanunvehedef.az komitəyə istinadla xəbər verir ki, Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.

Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən sərnişin "Qırmızı Kanal"a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub.

Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502.524 karat brilyant qaşlar aşkar edilib.

Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib.


Qanunvehedef.az





{sape_links}{sape_article}