Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qonaqlıqda yeyib-içən tanışların mübahisəsi ölümlə bitdi

Baxılıb: 914     Tarix: 30-09-2026 10:11   

Bərdədə qətl törədilib.

Qanunvehedef.az xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 2000-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb.

Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir.

İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahisə yaranıb. Daha sonra mübahisə C.Hüseynovun evinin qarşısında davam edib. Nəticədə, o, Elnuru ürək nahiyəsindən bıçaqlayıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində vəfat edib.

C.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma başlanılıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}