Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Mikayıl Cabbarov xəbərdarlıq etdi

Baxılıb: 789     Tarix: 14-11-2019 15:53   

Milli Məclisin iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deputatların təkliflərinə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, nazir deyib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərin xalis sayında artım 44 608 vergi ödəyicisi təşkil edib:
"Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, əlavə dəyər vergisi ödəyicilərinin sayında 32,9 faiz və ya 5941 ƏDV ödəyicisi, obyektlərin sayına gəldikdə isə, 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir".Nazir onu da bildirib ki, bu gün qanunvericilik çərçivəsində bütün obyektlər vergiyə cəlb edilir. O qeyd edib ki, vergi sahəsində hər hansı ayrı-seçkilik yoxdur.
"Əgər kimdəsə məlumat varsa ki, belə hal var, biz dərhal bu halların aradan qaldırılması üçün addımlar atacağıq. Çünki bu, bizim təməl prinsipimizdir", - deyə M.Cabbarov əlavə edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}