Prezident bu qurumu Mərkəzi Banka birləşdirdi – Səbəb
Baxılıb: 673 Tarix: 29-11-2019 15:49
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilməsi və qanunvericilikdə maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərinin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi gözlənilən addım idi.
Qanunvehedef.az xəbər verir ki, bunu iqtisadçı Pərviz Heydərov qeyd edib. O bildirib ki, Palata ötən dövrlər ərzində çox effektsiz xarakter daşıdığını sübuta yetirmişdi:
“Ölkə Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılan Palata ötən 3 il 10 aylıq dövrdə fəaliyyəti ərzində çox effektsiz xarakter daşıdığını, faktiki olaraq heç bir halda yenilik gətirmədiyini sübut etmişdi”.
Ekspert MBNP-nun yaranma səbəblərini bir daha xatırladıb:
“Palata ona görə yaradılmışdı ki, ölkə iqtisadiyyatının maliyyə sektorunda dayanıqlıq təmin olunsun və bu sahədə nəzarət tədbirləri gücləndirilsin. Başqa sözlə desəm, ölkənin qiymətli kağızlar bazarında, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrində, habelə ödəniş sistemlərində çeviklik və şəffaflıq əldə olunsun, eyni zamanda, bu sahələrdə tənzimləmə və nəzarət sistemi təkmilləşdirilmiş formada təşkil edilsin. Bütün bunlar təşəkkül tapmadı”.
Ən çox oxunanlar
Son xəbərlər