Xaliq Yusifov Şəki Səhiyyəsinin xilaskarı
Baxılıb: 944 Tarix: 30-11-2019 16:52
Öz sənətini sevən, ona dərindən yiyələnən təcrübəli həkimlərimiz xalq arasında həmişə nüfuz, hörmət sahibi olublar, Belə "ağxalatlılar" ımızın fədakarlılığı ilə hər gün neçə-neçə insan həyata qayıdır. Azərbaycanda əhalinin sağlamlığının keşiyində vicdanla, şərəflə dayanan, onlara canla-başla xidmət edən bacarıqlı həkimlər çoxdur. Belə həkimlərdən biridə Şəki Mərkəzi rayon Xəstəxanasının I Cərrahiyyə Şöbəsinin həkim-cərrahı Xaliq Yusifovdur. Redaksiyamıza daxil olan məktublar içərisində Xaliq həkimə edilən minnətdarlıqların sayı – hesabı yoxdur. Təqdim etdiyimiz bu məqalə həkim-cərrah Xaliq Yusifovun böyük səyi və zəhməti ilə həyata qayıdan yüzlərlə xəstələrdən biri olan Mübariz Məmmədovun redaksiyamıza ünvanladığı məktub əsasında tərtib olunmuşdur. Mübariz müəllim deyir, ki: Xaliq həkimi təkcə Bakıda yox respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı cərrah-həkim kimi tanıyırlar. Məhz buna görə Xaliq Yusifova müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur. Xidməti işimlə əlaqədar öz vəzifə borcumu yerinə yetirən zaman, ayağım büdrəyib yıxıldım. Mənim vəziyyətim çox ağır idi. Yaxınlarım məni çox ağır vəziyyətdə Şəki Mərkəzi rayon Xəstəxanasının I Cərrahiyyə Şöbəsininə gətirdilər. Həkimim də Xaliq Yusifov oldu. Xaliq həkim məni hərtərəfli müayinə etdi və dərhal əməliyyat olmağımı məsləhət bildi. Həkimin dəqiq diaqnozu məni ölümün pəncəsindən qurtardı. O, məni təmənnasız şəkildə əməliyyat etdi və biz orada olduğumuz müddətdə şöbənin işçiləri əllərindən gələni etdilər ki, müalicə yüksək səviyyədə getsin. Ona görə də belə qərara gəldim ki, Şəki Mərkəzi rayon Xəstəxanasının həkim- cərrahı Xaliq Yusifov başda olmaqla bütün xəstəxananın kollektivinə öz təşəkkürümüzü Qanunvəhədəf.az Xəbər Portalı vasitəsi ilə bildirim. Bu, təkcə bizim yox, Xaliq həkimin əlindən şafa tapan yüzlərlə xəstələrin arzusudur. Ailəmin hədsiz həyəcanlandığını görən Xaliq həkim bildirdi ki, narahat olmağa heç bir səbəb yoxdur. Xəstəniz sağalacaq. Arzumuz budur ki, təki Azərbaycandakı bütün xəstəxanalarda Şəki Mərkəzi rayon Xəstəxanasında olan diqqət, mehribançılıq, hər işçinin öz işinə peşəkarcasına yanaşması kimi olsun. Onda həqiqətən də xəstələrimiz rufah hallarının ağır olduğu bu vəziyyətdə borc-xərclə müalicə olunmaq üçün daha xarici ölkələrə getməz və onlar öz müalicələrini də məhz ölkəmizdə davam etdirər, tam sağalarlar.
Hörmətli redaksiya! Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Sizdən xahiş edirəm ki, Xaliq Yusifov kimi həkimin də zəhmətini qiymətləndirəsiniz. Və sonda mənim sağlam həyata qayıtmağımda çəkdiyi zəhmətə görə Xaliq həkimə təşəkkür edirəm. Həyatda və işlərində uğurlar arzulayıram.
Onun diqqət və qayğısı sayəsində artıq sağlamlığımı tam bərpa etmişəm. Təmənnasız, qayğıkeş, xəstəsini bir an belə nəzarətsiz qoymayan, Hippokrat andına həmişə sadiq qalan həkim-cərrahı Xaliq Yusifova ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm.
Hörmətlə; Mübariz Məmmədov
Ən çox oxunanlar
Son xəbərlər